Abşeronda qadını avtomobil vurub

29 Oktyabr 2022 08:20

Piyadanın ehtiyatsızlığı onun xəsarət alması ilə nəticələnib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Hüseynova Süsən Əjdər qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Milli.Az