Oğru bankdan 2,5 milyonu belə oğurladı

29 Oktyabr 2022 07:55

İstanbulda bankdan daşınmaq üçün torbalara yığılan pulları oğurlayan iki şübhəli Sarp Sərhəd Qapısından çıxmaq istəyərkən yaxalanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, oğurluqda şübhəli bilinən Kolumbiya vətəndaşı olduğu öyrənilən şəxslərin üzərindən təxminən 2 milyon 500 min lirə aşkar edilib.

Təhlükəsizlik kamerasına da əks olunan oğurluğun bank işçiləri masalarından ayrıldığı anda baş verdiyi məlum olub.

Milli.Az