Bu şəxslər müəllim işləyə bilməyəcək

28 Oktyabr 2022 16:48

Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna yeni - 36-1.2.5-ci bənd əlavə olunur.

Yeni bəndə əsasən,uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Milli.Az