Polis əməkdaşı özünü ehtiyatsızlıqdan öldürdü

28 Oktyabr 2022 10:35

Laçın Rayon Polis Şöbəsinin əməkdaşı ehtiyatsızlıqdan ölüb.

DİN Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, bu gün Laçın RPŞ-nin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranmağı nəticəsində açılan atəşdən xəsarət alıb.

Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az