“Polad Alemdar” əməliyyat olundu - YENİLƏNİB - FOTO

28 Oktyabr 2022 15:34

15:34

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor ürək damarlarından əməliyyat edilib. Hazırda vəziyyəti yaxşı olan Şaşmaz evə buraxılıb.

-------

11:06

"Kurtlar vadisi"nin məşhur aktyoru Necati Şaşmazın səhhətində problemlər yaranıb. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, ötən günorta saatlarında qəfildən halı pisləşən aktyor xəstəxanaya aparılıb.

3 saat davam edən anju əməliyyatından sonra Necati reanimasiyaya yerləşdirilib. 

Hazırda yayılan son məlumatlara görə, Şaşmazın səhhətində irəliləyiş qeydə alınıb.

Milli.Az