Nəqliyyat və rabitə işçilərinin orta aylıq əmək haqqı artıb

12 May 2010 16:09
Milli.Az xəbər portalı Dövlət Statistika Komitəsinin internet saytına istinadən xəbər verir ki, onların 82,2 faizi dövlət müəssisələrində, 17,8 faizi özəl bölmədə çalışır. İşçilərin 55,0 faizi yerüstü və boru kəməri, 13,0 faizi su, 13,3 faizi hava nəqliyyatı, 11,8 faizi köməkçi və əlavə nəqliyyat, 6,9 faizi isə poçt fəaliyyəti göstərən müəssisələrdə cəmləşib.

2010-cu ilin yanvar-mart aylarında nəqliyyatçıların orta aylıq əmək haqqı 353,1 manat olub. Bu göstərici hava nəqliyyatında 665,3 manat, dəniz nəqliyyatında 521,6 manat, avtomobil nəqliyyatında 347,4 manat, dəmir yolu nəqliyyatında isə 185,9 manat təşkil edib.

Əmək haqqının artımı dəniz nəqliyyatında 4,5 faiz, hava nəqliyyatında 12,7 faiz olub. Telekommunikasiya müəssisələrində işləyənlərin sayı 24,0 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 2,6 faiz artaraq 491,8 manat olub.

Milli.Az