KXDR Yapon dənizinə ballistik raket atıb

28 Oktyabr 2022 08:31

Koreya Xalq Demokratik Respublikası (KXDR) Şərq (Yapon) dənizi istiqamətində növbəti dəfə ballistik raket buraxıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.

Hələlik raketin və buraxılışın detalları barədə məlumat yoxdur.

Qeyd edək ki, Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə sınağı keçirməyə hazırlaşır.

Milli.Az