Lavrovla Mirzoyan telefonla danışdı

27 Oktyabr 2022 23:44

Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, telefon danışığında KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasına hazırlıq müzakirə edilib.

Qeyd edək ki, oktyabrın 28-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçiriləcək. Sessiyada KTMT-nin Azərbaycan-Ermənistan sərhədindəki missiyasının işinin nəticələri müzakirə olunacaq.

Milli.Az