“Araz-Naxçıvan” qrupda qaldı

27 Oktyabr 2022 22:06

Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan "Araz-Naxçıvan" bu gün ikinci oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, təmsilçimiz bu dəfə Serbiya çempionu "Lozniça Qrad"la qarşılaşıb.

Oyun rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qoluna Vitao imza atıb. Bu nəticədən sonra komandamız növbəti mərhələyə yüksəlmək şansını itirib.

Qeyd edək ki, "Araz-Naxçıvan" turnirdə son görüşünü oktyabrın 29-da Bosniya və Herseqovinanın "Mostar" komandasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Milli.Az