“Ərdoğan güclü liderdir” - Putin

27 Oktyabr 2022 21:51

"Ərdoğan güclü liderdir və öz ölkəsinin maraqlarından çıxış edir".

Bunu "Valday" diskussiya klubunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib.

"Ərdoğan heç vaxt imkan verməz ki, kimsə boynuna oturub onu özgə maraqlarını rəhbər tutmağa məcbur etsin", - deyə dövlət başçısı bildirib.

Həmçinin, Putin Ərdoğanı çətin, lakin ardıcıl və etibarlı tərəfdaş adlandırıb.

Milli.Az