Qurani-Kərimdə buyurulur: "Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman imanları daha da artar, onlar ancaq öz Rəbbinə təvəkkül edərlər.
O kəslər ki, namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və tükənməz, gözəl ruzi gözləyir". ("Ənfal" 2-4)
Gördüyümüz kimi, mübarək ayələrdə möminlərin xüsusiyyətləri bəyan edilmişdir. Bunlara işarə edək:
1. İlahi xofa malikdirlər.
2. Quran oxuyan və dinləyəndirlər.
3. Düşünən və təfəkkür edəndirlər - İlahi ayələr onları düşündürür və imanlarını artırır.
4. Həqiqi təvəkkül əhlidirlər.
5. Namazlarında dəqiqdirlər - Allah Təala onları namazqılanlardan sayır.
6. Halal ruzi qazanandırlar.
7. İnfaq edəndirlər. Səxavət - onların ən güclü tərəflərindəndir.
Allah Təala bu cür xüsusiyyətlərə malik insanları həqiqi mömin adlandırır. Onların Allahın yanında bəyənilən məqamı vardır.
Belə insanlar - bağışlanmışdırlar. Onların aqibəti xoş, axirətləri gözəldir.
Allah Təala bizləri bu gözəl sırada qərar versin, inşəallah!
Milli.Az