Embalo Putinin sözünü çatdırdı, "cavab" ABŞ-dan gəldi

27 Oktyabr 2022 20:28

Birləşmiş Ştatlar Rusiyanın Ukrayna üzrə sülh danışıqlarına tezliklə başlamaq niyyətində olmadığını hesab edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Vladimir Putinin tezliklə danışıqlar masasına oturmaq arzusu yoxdur", - o, jurnalistlərə bildirib.

Kirbi gələcəkdə də ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Qvineya-Bisau Prezidenti Umaru Sissoku Embalo ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə Putinlə danışdığını və Rusiya liderinin danışıqlara hazır olduğunu bildirmişdi.

Milli.Az