Xətai rayonunda 31 yaşlı qadını avtomobil vurub

27 Oktyabr 2022 08:27

Bakının Xətai rayonunda 31 yaşlı qadını avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, 1991-ci il təvəllüdlü Məmmədova Günel Əziz qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qasıq və oturaq sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Milli.Az