Binəqədidə 59 yaşlı qadın yol qəzasında xəsarət alıb

27 Oktyabr 2022 08:34

Bakının Binəqədi rayonunda 59 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 1963-cü il təvəllüdlü Zeynalova Ofelya Əlövsət qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az