Bakıda gənc oğlan yol qəzasında xəsarət alıb

27 Oktyabr 2022 08:14

Bakının Xətai rayonunda 19 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 2003-cü il təvəllüdlü Umudlu Elnar Pərviz oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az