ABŞ-dan xəbərdarlıq: Bu ölkədə terror aktı ola bilər

27 Oktyabr 2022 08:10

ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfirliyi bu ölkədə mümkün terror aktı ilə bağlı xəbərdarlıq edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə səfirliyin saytında məlumat dərc olunub.

"ABŞ hökuməti terrorçuların oktyabrın 29-da Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində kütləvi tədbirə hücum planlaşdıra biləcəyi barədə məlumat alıb", - məlumatda vurğulanıb.

Səfirlik mümkün hücumun dəqiq vaxtı, yeri və məqsədləri barədə məlumat verməyib.

Səfirlik işçilərinə Yohannesburqun Sandton bölgəsində izdihamlı yerlərdən və ictimai tədbirlərdən çəkinməyi tövsiyə edib.

Milli.Az