Moskvanın yeddi yüzdən artıq sakinin yaşı yüzdən yuxarıdır

27 Oktyabr 2022 08:38

Rusiya paytaxtında yaşı 100-dən çox olan 700-dən artıq insan yaşayır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ən yaşlı moskvalı Rusiya İmperiyası dövründə, 1915-ci ildə doğulub.

Moskvada ümumilikdə, 3 milyondan çox pensiyaçı yaşayır. Onlardan 700 nəfərdən çoxunun yaşı yüzü ötüb.

Üç il əvvəl isə yaşı yüzdən çox olanların sayı 807 nəfər olub.

Milli.Az