"Beşiktaş" baş məşqçisi ilə yolları ayırdı

27 Oktyabr 2022 07:45

"Beşiktaş" baş məşqçisi Valeryen İsmaellə yollarını ayırıb.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Fransalı məşqçinin istefasına komandanın bu mövsümdəki uğursuz çıxışı səbəb olub. "Qara qartallar" bu mövsüm 11 oyuna 19 xal toplayıb və hazırda 5-ci pillədə qərarlaşıb.
 
İsmaeli "Beştikaş"ın sabiq baş məşqçisi Şenol Günəşin əvəzləyəcəyi haqda xəbərlər yayılıb.

Milli.Az