"Bu cür görüşlərdə belə səhvlərə yol vermək olmaz" - Joze Alesio

27 Oktyabr 2022 07:15

"Hər iki komanda bir-birini yaxşı analiz etmişdi. Birinci hissədə 5 foul limitini doldurduq və sonra rəqibə 10 metrlik cərimə zərbəsi vurmaq imkanı yaratdıq. Onlar da bundan maksimum istifadə etdilər".

Bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Joze Alesio Da Silva futzal üzrə  UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci  turunda İsveçin "Erebru" komandasına 2:5 hesabı ilə uduzduqları oyunundan sonra deyib.

Braziliyalı mütəxəssis müdafiə xəttində çox səhv etdiklərini bildirib: "Yaxşı oyun oldu, amma səhvlərimiz də çox oldu. Buraxdığımız 5 qoldan 2-ni 10 metrlik, birini isə penaltidən vurdular. Digər iki qolu isə demək olar, hədiyyə etdik. Demişdim ki, hər bir oyunumuz finala bərabərdir. Bu cür görüşlərdə belə səhvlərə yol vermək olmaz. Müdafiədə çox səhv etdik.  Qol epizodları da yaratdıq, amma realizə edə bilmədik. Əgər çoxlu səhvlər edirsənsə və imkanlarını realizə edə bilmirsənsə, bu cür nəticədən qaçmaq mümkün deyil.

Bilirik ki, işimiz çətin olacaq. Amma yarış davam edir. Yenidən komanda ilə söhbət edəcəyik, səhvləri göstərəcəyik və sabahkı oyuna hazırlaşacağıq".

Milli.Az