2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Milli.Az Trend-ə istinadən Vətən müharibəsinin xronikasını təqdim edir.
- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində paylaşım edilib.
- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı.
- Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.
- Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulub.
- Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib.
- Goranboy, Tərtər və Bərdə rayonlarının əraziləri atəşə tutulub. Ermənistanın Bərdəyə raket atəşi nəticəsində ölənlərin sayı 4-ə çatıb. Bərdədə həlak olanlardan biri 8 yaşlı uşaqdır.
- Müdafiə Nazirliyi bildirir ki, ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub.
Milli.Az