Stoltenberq Rusiyaya çağırış edib

26 Oktyabr 2022 22:49

NATO-nun Baş katibi Stoltenberq kasıb ölkələrin davamlı təminatı üçün Rusiyanı taxıl sazişini uzatmağa çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Baş katib bunu Rumıniyanın Baş naziti Nikolae Çuke ilə birgə mətbuat konfransında bildirib.

Qeyd edək ki, iyulun 22-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə Ukrayna taxılının təhlükəsiz daşınmasına dair üçtərəfli saziş imzalanıb. 19 noyabrda vaxtı bitəcək sazişin uzadılması üçün BMT və Türkiyə çağırış edib.

Milli.Az