Xersonda Rusiya helikopteri vuruldu

26 Oktyabr 2022 21:27

Bu gün Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ka-52 (Alliqator) hücum helikopterini vurub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Cənub" hərbi hava komandanlığı məlumat yayıb.

Helikopter Xerson vilayətinin Berislav rayonunda Odessa "Cənub" hava komandanlığı briqadasının zenit-raket bölməsi tərəfindən vurulub.

Milli.Az