Rövşən Rüstəmov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin edildi

26 Oktyabr 2022 16:22

Rövşən Mürvət oğlu Rüstəmov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rövşən Mürvət oğlu Rüstəmov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Milli.Az