Əmisi oğlunun planlarından xəbər tutan gəlin onu toya buraxmadı

26 Oktyabr 2022 16:02

Reddit istifadəçisi əmisi oğlunun toy zamanı qıza evlilik təklifi etmək planından xəbər tutub və onu məclisə dəvət etməkdən imtina edib.

Milli.Az bildirir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Reddit-dəki bir yazıda qız yazıb ki, əvvəlcə sevinib, çünki əmisi oğlunun seçdiyi ilə yaxşı davranıb və münasibətlərinin inkişafını səmimiyyətlə istəyib.

"Amma sonra əmim oğlu soruşdu ki, bu, mənim toyumda edilə bilərmi? Əvvəlcə onun zarafat etdiyini düşünərək güldüm. Ancaq yox, o, tamamilə ciddi idi", - gəlin qeyd edib.

O, imtina edib və təklif üçün başqa bir gün seçməyi xahiş edib. Bununla belə, gənc zəng vuraraq ondan fikrini dəyişməsini tələb etməyə davam edib. Hər şey onun əmisi oğlunu toya dəvət etməmək qərarına gəlməsi ilə bitib.

Daha sonra mübahisəyə anası da qoşulub. O, oğlunun məclisdə olmasını tələb edib və bacısı qızı tələbi yerinə yetirməsə, gəlməyəcəyi ilə hədələyib. Axırda qonaqlar arasında nə əmioğlu, nə də bibi yox idi.

"Ailə üzvlərimin çoxu mənim tərəfimdədir, amma bəziləri əsəbiləşib bunun o qədər də vacib olmadığını söyləyərək əmim oğlunun tərəfini tuturlar", - deyə yazının müəllifi məsləhət üçün digər istifadəçilərə müraciət edib.

Şərhçilərin əksəriyyəti gəlini dəstəkləyib və onun arzusunda olduğu toyu etmək hüququna malik olduğunu yazıblar.

İrfan Vəliyev
Milli.Az