Azərbaycanda İran agenturasına qarşı “təmizləmə” prosesi BAŞLAYIR

26 Oktyabr 2022 12:03

Tezliklə Azərbaycanda İran agenturasına qarşı "təmizləmə" prosesinə başlanacaq. 

Milli.Az bildirir ki, bu barədə Azərbaycanın teleqram kanalları etibarlı mənbəyə istinadən məlumat yayıblar.

"Bununla bağlı hazırlıqlar çoxdan başlanmalı idi. Lakin onların ağıllarının başlarına gəlməsi gözlənilirdi. Görünür ki, bunu anlamadılar və bağışlanmayacaqlar", - deyə mənbə bildirib.

Bu yöndə geniş əməliyyat tədbirlərinin həyata keçiriləcəyi qeyd edilir.

Milli.Az