Şabranda 22 yaşlı gənc qəbiristanlıqda özünü asıb

26 Oktyabr 2022 09:30

Şabranda intihar hadisəsi olub.

Milli.Az APA-ya istinadən bildirir ki, 1998-ci il təvəllüdlü Heydər Eldarov ötən gün Şabran şəhər qəbiristanlığında yaxınlarının qəbri yanında özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az