Cəlilabadda qəza: iki nəfər xəsarət alıb - FOTO

25 Oktyabr 2022 22:17

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

"Mercedes-Benz" markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində rayon sakinləri 1966-cı il təvəllüdlü Füzuli Əliyev və 1986-ci il təvəllüdlü Zamiq Quliyev xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az