Məşhur aparıcı canlı yayımda öldü

25 Oktyabr 2022 22:16

Böyük Britaniyalı radio aparıcısı Tim Qof canlı yayımda ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Gen X Radio" radiostansiyası məlumat verib.

Səhər verilişinin 55 yaşlı aparıcısının ölüm səbəbinin infarkt olduğu deyilir.

Qeyd edək ki, Tim Qofun ölümü studiyada deyil onun evində baş verib.

O verilişi evdən idarə edirdi.

Tim Qof 1980-ci ildən radioda çalışıb.

Milli.Az