Polis əməkdaşı qəzaya düşdü

25 Oktyabr 2022 22:07

Bu gün günorta saatlarında Quba şəhərində rayon polis şöbəsinin əməkdaşı M.Səfərəliyevin idarə etdiyi "VAZ" markalı və vətəndaş R.Bəşirovun idarə etdiyi "Daewoo" markalı avtomobillər toqquşub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan ildirilib ki, nəticədə polis əməkdaşı ayaq nahiyəsindən yüngül xəsarət alıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. RPŞ-də araşdırmalar aparılır.

Milli.Az