Moskva qərarsızdır: G20-də kim təmsil edəcək?

25 Oktyabr 2022 21:24

Moskva hələ ki, İndoneziyada G20 sammitində Rusiya nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi ilə bağlı qərar verməyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.

"Hələ ki, qərar verilməyib", - deyə Peskov bildirib.

Qeyd edək ki, bundan öncə "Baza" nəşri G20 sammitində Rusiyanı baş nazir Mixail Mişustinin təmsil edəcəyi barədə məlumat yaymışdı.

Milli.Az