Bu məşhur şirkət də Rusiyadakı biznesini satır

25 Oktyabr 2022 21:23

"Zara" brendinin sahibi olan İspaniyanın "İnditex" qrupu Rusiyadakı bölməsini "Daher Group"a satmağa razılaşıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "İnditex" məlumat yayıb.

"İnditex Rusiyadakı biznesini "Daher Group"a satmaq üçün ilkin razılığa gəlib", - deyə bildirilib.

Şirkət həmçinin bildirir ki, sövdələşmə "İnditex"in Rusiyadakı fəaliyyətinin dayandırılması anlamına gələcək.

Milli.Az