Zakir Həsənov Hulusi Akar ilə görüşdü - FOTO

25 Oktyabr 2022 19:38

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Milli.Az