Macarıstanla hərbi əməkdaşlıq müzakirə edildi - FOTO

25 Oktyabr 2022 18:58

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyədə işgüzar səfəri davam edir.

Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicski ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Milli.Az