Aygün Kazımova yaxşı saxtakarlıqla üz-üzə - FOTOSESSİYA
11 Aprel 2012 17:01
Azərbaycan estradasının pop divası və xalq artisti Aygün Kazımovanın xeyli sayda tamaşaçısı var. O, işləri və cazibədarlığı ilə şou-biznes xanımlarının əksəriyyətini kölgədə qoyur. Müğənni xanım hər zaman yeni mahnıları və klipləri ilə tamaşaçı rəğbətini qazanmağa müəffəq olub. Uzun illərdir səhnədə olan pop diva qeyri-adiliyi ilə hər zaman gündəmdədir. İşlərində uğur qazanan Aygün Kazımovanın ancaq şəxsi həyatı barədə bu sözü demək olmaz. SİA yazır ki, xalq artisti eşq macərasında düzgün seçim etmədiyi üçün hər zaman yanılıb. Sözügedən xanım qızı İlqarəyə analıq etməyi isə layiqincə bacarıb.
Xalq artisti Aygün Kazımova zaman-zaman fanatları tərəfindən yaxşı saxtakarlıqla da üzləşib. Belə ki, şəxsi "Facebook" səhifəsi olmasa da adına düz fəal 4 profil var. Sözsüz ki, bu şəxslər Aygün Fans-ın üzvləridir. Fotolar da həmin şəkillərdən toplanılıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

























