Hərbçilərimiz Qubadlının azad edilməsindən danışır - VİDEO - FOTO

25 Oktyabr 2022 10:09

Qubadlı şəhərinin işğaldan azad edilməsinin 2 ili tamam olur.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğalına son qoyulub.

2020-ci ilin oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini xəbər verib.

"Qubadlının azad olunmasına görə" medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Trend TV-nin çəkiliş qrupu Qubadlı şəhərində olub və bu qəsəbənin azad edilməsində iştirak edən hərbçilərimizin fikirlərini öyrənib.

Videoreportajı təqdim edirik:

Milli.Az