Rafaelin bu paylaşımı izləyiciləri kövrəltdi - VİDEO

25 Oktyabr 2022 12:17

Əməkdar artist Rafel İskəndərovun paylaşımı izləyiciləri kövrəldib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi "Bizim Cəbiş müəllim" və "Məhəllə" filmlərinin çəkildiyi həyətə yollanaraq, həmin anları instaqramda paylaşıb.

"Heç vaxt ağlıma gəlməzdi ki, uşaq vaxtı sevə-sevə baxdığım "Bizim Cəbiş müəllim" filmi çəkilən həyətlə bağlı mənim özümün də xatirələrim olar. Çünki "Məhəllə" filmi də bu həyətdə çəkilib... Bu Qüdrətin çıxıb-düşdüyü pilləkəndir, ora Dilarənin çağırdığı eyvandır, burada Tofiqin evi idi... Zarafat-zarafat, gələn il bu filmin 20 yaşı tamam olur", - deyə, aktyor qeyd edib.

Milli.Az