Türkiyə vətəndaşı olan İlker adlı şəxs ona borcu olan iki qardaşın evinə od vurub.
Hadisə Eskişehirdə baş verib. Gecə saatlarına təsadüf edən yanğın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, evə od vurulan zaman mənzildə qadın və uşaqlar da olublar. Yaşayış evinə ciddi ziyan dəysə də, xəsarət alanların olmadığı bildirilir.
Yanğını törədən şəxs saxlanılıb.
Milli.Az