Bakıda 14 yaşlı yeniyetmə oğlanı avtomobil vurub

25 Oktyabr 2022 08:37

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 14 yaşlı yeniyetmə oğlanı avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, 2008-ci il təvəllüdlü Şanayev Anar Namiq oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az