Türkiyəli bloqer lirəni təhqir etdiyinə görə saxlanıldı - FOTO

25 Oktyabr 2022 08:12

Tualetə 100 lirə atdığı anların görüntülərini paylaşan türkiyəli sosial media fenomeni Mika Can Raun saxlanılıb.

O, türk lirəsini təhqir etməkdə günahlandırılır.

Sosial şəbəkələrdə çəkdiyi videolarla tanınan və son aylarda cinsiyyətini dəyişdirmə əməliyyatı keçirən Raun polis bölməsindəki prosedurlardan sonra məhkəməyə aparılıb.

Milli.Az