Dönər qiymətinə görə Şoltsa etiraz - “Putinlə danış”

25 Oktyabr 2022 08:38

Dönər qiymətləri ilə bağlı Almaniya kansleri Olaf Şoltsa qarşı etiraz aksiyası keçirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Baş nazirə qarşı olan etiraz sosial mediada gündəmə gəlib.

Sosial mediada paylaşılan görüntülərdə Şoltsun Münhendəki görüşləri zamanı bir nəfər "Əziz Şolts, dönər 8 avrodur. Putinlə danış, dönər yenə 4 avro olsun", deyib.

Şolts qiymət artımına etiraz edən şəxsə gülümsədikdən sonra ofis maşınına əyləşərək ərazini tərk edib.

Milli.Az