Peskov: Rusiya-Azərbaycan-Ermənistan sammitinə hazırlıq gedir

24 Oktyabr 2022 23:56

Üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan sammitinə hazırlıq gedir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Peskov bildirib ki, sammitə hazırlıq davam edir. Görüşün yeri və tarixi barədə məlumat veriləcək.

Milli.Az