Bu ölkədə hava zərbələri: 50 ölü, 100 yaralı

24 Oktyabr 2022 22:53

Myanmar hərbçilərinin Kaçin Müstəqillik Təşkilatının yaradılmasının ildönümünü qeyd edərkən həyata keçirdiyi hava zərbələri nəticəsində 50-yə yaxın insan həlak olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "İrravaddu" nəşri məlumat yayıb.

Hava zərbələri nəticəsində 100-ə yaxın insan yaralanıb.

Qeyd edək ki, KMT 1960-cı il oktyabrın 25-də yaradılıb. O, siyasi təşkilatdır və onun silahlı qanadı olan KMO Myanmar hökuməti və ordusu ilə muxtariyyət uğrunda mübarizə aparır. Keçən il hərbçilər hakimiyyətə gəldikdən sonra KMO Kaçin ştatında üsyançı əməliyyatlara başlayıb.

Milli.Az