Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabineti yanında Koordinasiya Şurasının iclasını keçirəcək.
Milli.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iclas oktyabrın 25-də videokonfrans vasitəsilə keçiriləcək,
İclasın mövzusunun Rusiya Federasiyası Silahlı Qüvvələrinin və digər qoşunların, hərbi birləşmələrin və orqanların tələbatının ödənilməsi olacağı bildirilir. Hökumət başçısı və Koordinasiya Şurasının sədri Mixail Mişustin, eləcə də Moskva meri Sergey Sobyanin təqdimatlarla çıxış edəcəklər.
Oktyabrın 19-da Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının operativ iclasında baş nazirin rəhbərlik etdiyi xüsusi əlaqələndirmə şurasının yaradılması barədə göstəriş verib . Sonra o, Rusiyanın "yeni vilayətləri"nin ərazisində hərbi vəziyyətin tətbiq olunduğunu elan etdi. (publika.az)
Milli.Az