Bu ölkə Rusiyaya yükdaşımaları tamamilə dayandırır

24 Oktyabr 2022 21:54

Finlandiyanın "VR Group" dövlət şirkəti cari ilin sonuna kimi Rusiya istiqamətində yük daşınmalarını tamamilə dayandıracaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Eliza Markula bildirib.

"Şərqə yükdaşımalar ən geci bu ilin sonuna qədər tamamilə dayandırılacaq", - Markula bildirib.

Qeyd edək ki, sentyabrın sonuna qədər şirkət Rusiyaya yük daşımalarının 65%-ni kəsib.

Milli.Az