Naxçıvanda əsgər avtomatdan açılmış atəş nəticəsində öldü

24 Oktyabr 2022 18:42

Azərbaycan Ordusunun hərbi qulluqçu ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

Respublika Hərbi Prokurorluğundan verilən məlumata görə, oktyabrın 24-ü saat 11 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər 1999-cu il təvəllüdlü Kazımov Mayıl Ramiq oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda araşdırma aparılır.

Milli.Az