Müğənni nazirlik işçisini xəstəxanalıq etdi

24 Oktyabr 2022 19:36

Uzun müddətdir gözlərdən uzaq gəzən məşhur rus müğənnisi Vitas zorakılıqda ittiham olunur.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi oktyabrın 23-də karaoke klubda dostları ilə əylənib, daha sonra qonaqlardan birinin davranışını bəyənməyib.

Tərəflər arasında münaqişə baş verib, Vitas dava etdiyin şəxsi üzünə qaz balonu ilə kimyəvi maddə fışqırdıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, Rusiya Federal Nazirliyinin əməkdaşı yanıq diaqnozu ilə xəstəxanaya aparılıb.

Milli.Az