“Seksin nə olduğunu bilmirəm”

24 Oktyabr 2022 15:08

Rusiyanın TV ulduzu Olqa Buzova sekslə deyil, eşqlə məşğul olduğunu bildirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, yenidən evlənməyə hazır olduğunu da etiraf edib.

"Mən seksin nə olduğunu bilmirəm və bilmək də istəmirəm. Mən yalnız sevgi ilə məşğulam və bütün münasibətlərim uzunmüddətlidir",- deyə Buzova qeyd edib.

Onun sözlərinə görə, evlilik cəfəngiyyatdır: "Yenidən evlənmək istəyirəm. Mən yenə bu cəfəngiyyatı istəyirəm. Bilmirəm nə vaxt olacaq, ya yox. Zaman göstərəcək".

Milli.Az