Müdafiə naziri Türkiyəyə işgüzar səfərə gedib

24 Oktyabr 2022 10:32

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 24-də Türkiyə Respublikasına işgüzar səfərə gedib.

Səfər çərçivəsində müdafiə nazirinin ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair görüşləri, eləcə də qardaş ölkədə keçiriləcək "Saha Expo" sərgisində iştirakı planlaşdırılır.

Milli.Az