Azərbaycanın xalq artisti təbii fəlakət bölgəsində xeyriyyə konserti vermək istəyir
12 May 2010 14:50
Xalq artisti Brilyant Dadaşova mətbuat katibinin vasitəsi ilə Milli.Az xəbər portalına bildirib ki, xalqın sənətçisi olaraq fəlakətdən zərər çəkən insanlara öz dəstəyini göstərməyə hazırdır: "Respublikamızın rayonlarında baş verən təbii fəlakətlə əlaqədar dövlət tərəfindən orada yaşayanlara hər cür maddi yardım göstərilir. Mən də da bu xalqın sənətçisi olaraq həmin bölgələrdə yaşayanlara mənəvi dayaq göstərmək fikrindəyəm. Fəlakət bölgəsində təşkil ediləcək hər bir tədbirdə iştirak etməyə, xeyriyyə aksiyalarının iştirakçısı olmağa hazıram".
Brilyant xanım sonda vurğulayıb ki, hansısa təşkilatçı xeyriyyə məqsədi ilə oun konsert proqramını təşkil etmək fikrinə düşsə, müğənni etirazını bildirməyəcək. Konsertdən yığılan vəsait fəlakətdən əziyyət çəkən insanlar üçün sərf olunacaq.
Xədicə
Milli.Az