Xınalıqda avtomobil dərəyə aşıb, sərnişin ölüb

24 Oktyabr 2022 09:21

Qubanın Xınalıq kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, 1974-cü il təvəllüdlü Şıxbaba Hacıyev dumanlı hava şəraitində idarə etdiyi "VAZ 2106" markalı avtomobillə torpaq yolda idarəetməni itirib.

Nəticədə avtomobil dərədən aşıb. Sürücü ağır xəsarət alıb, avtomobildə olan sərnişin 1978-ci il təvəllüdlü Rauf Lalayev isə hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az